Daşınmaz əmlakın icbari sığortasının elektron formada həyata keçirilməsi üçün müvafiq addımlar atılmaqdadır. Yaxın vaxtlarda daşınmaz əmlakın icbari sığortasının şəhadətnaməsinin elektron satışına başlanılacaq.
Eləcə də bax: Daşınmaz əmlakın icbari sığortası - DAHA ÇOX KİMƏ LAZIMDIR?
FED.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
O qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası üçün sığorta məbləğləri Bakı ərazisində mənzillər və yaşayış evləri üzrə 25 min manat müəyyən edilib. Bu məbləğdə sığorta təminatının alınması üçün vətəndaşlar 50 manat sığorta haqqı ödəməlidirlər. Gəncə, Sumqayıt, Naxçıvan əraziləri üzrə sığorta məbləği illik 20 min manat, sığorta haqqı 40 manat, digər bölgələrdə sığorta məbləği illik 15 min manat, sığorta haqqı 30 manat müəyyən edilib. Qeyri-yaşayış sahələri üzrə sığorta məbləğləri əmlakın yerləşdiyi ərazidən asılı olaraq orta bazar dəyərinə uyğun sığortalanır.
Qanunvericiliyə görə, ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrə məxsus əmlaklar üzrə sığorta haqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir.