Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə 27 188,1 min manat həcmində sığorta haqqı yığılıb.
Eləcə də bax: Azərbaycan sığorta bazarı -11%-ə Yaxın Artıb
FED.az xəbər verir ki, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 2 758,7 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 27% artıb, ödənişlər isə 9,7% azalıb.
Bu müddətdə daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə 230,1 min manat sığorta haqqı yığılıb, 14,2 min manat ödəniş edilib. Bu da öz növbəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə yığımların 9,8% azalması deməkdir. Ötən ilin müvafiq dövründə bu sığorta növü üzrə ödəniş olmayıb.
Xatırladaq ki, hesabat dövründə bütün icbari sığorta növləri üzrə yığımlar illik 3,8% artaraq 142 488,9 min manat, ödənişlər isə 20,7% azalaraq 35 387,7 min manat təşkil edib.
"apa"