Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının görüşü keçirilib.
FED.az xəbər verir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan sığorta şirkətləri və təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib. Görüş zamanı Mustafa Abbasbəyli ASA-nın 2018-ci ilin 1-ci rübü üzrə fəaliyyəti barədə qısa məlumat verib və daha sonra ASA-ya üzvlük üçün müraciət edən sığorta brokinqi fəaliyyəti ilə məşğul olan şirkətlərin - “Caspian İnternational Broukinq” və “AS Prof” MMC-nin üzvlüyü məsələsi müzakirə edilərək səsvermə nəticəsində üzvlüyə qəbul olunub.
Daha iki şirkət ASA-ya üzv olub

17:11
10 Aprel 2018