Onun sözlərinə görə, lisenziyanın məhdudlaşdırılması zamanı Palatanın səsləndirdiyi iradlarla bağlı işlər aparılıb və bu iradlar aradan qaldırılıb: «Nəticədə artıq bu gündən «Atasığorta» icbari avtomobil müqavilələrinin yazılmasına başlayıb və şirkətlə əməkdaşlıq edən agentlər də bu sığorta üzrə öz fəaliyyətlərini bərpa ediblər»-deyə O.Məmmədov FED.az-a bildirib.
Qeyd edək ki, bir gün əvvəl «Atəşgah» sığorta şirkətinin də icbari avtomobil sığortası üzrə lisenziyası bərpa edilib.
Eləcə də bax: Palata "Atəşgah Sığorta"ya qoyduğu qadağanı - LƏĞV EDİB