Azərbaycanın aparıcı sığorta şirkəti olan «A-Qroup» 2019-cu ili mənfəətlə başa vurub.
FED.az şirkətin 2019-cu il üzrə hesabatına istinadən bildirir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 15 milyon 381,3 min manat, cəmi xərcləri 13 milyon 349,9 min manat təşkil edir.
Ötən il «A-Qroup» sığorta haqqı kimi 15 milyon 835,3 min manat toplayıb, 811,1 min manat xalis sığorta ehtiyatlarının dəyişməsindən, 1,2 min manat subroqasiya gəlirlərindən itirib. Sığorta şirkətinin gəlirlərinə 233,6 min manat investisiya fəaliyyətindən, 124,8 min manat sair gəlirlərdən daxil olub.
Ötən il şirkət 10 milyon 664,3 min manat sığorta ödənişi verib. 2019-cu ildə «A-Qroup» sığorta şirkətinin işlərin aparılması xərcləri 2 milyon 628,5 min manat, sair xərcləri 57,1 min manat olub.
Nəticədə ilin yekununda şirkətin əməliyyat mənfəəti 2 milyon 31,4 min manat, 406,3 min manat vergi ödənişindən sonra isə xalis mənfəəti 1 milyon 625,1 min manat olub.