Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta agentlinin lisenziyasının ləğv edilməsi haqqında məlumat yayıb.
FED.az xəbər verir ki, AMB İdarə Heyətinin 13 mart 2025-ci il tarixli qərarına əsasən Həsənov Habil Ata oğluna sığorta agenti fəaliyyətinə verilmiş 25 sentyabr 2009-cu il tarixli, 000259 nömrəli lisenziya ləğv edilib.
Agentin sığorta lisenziyası «Sığorta fəaliyyəti haqqında» qanunun 107.1.8-ci maddəsinə uyğun olaraq ləğv edilib. Bu maddəyə əsasən fiziki şəxs olan lisenziya sahibi məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda və ya öldükdə lisenziya ləğv edilir.