Əmanətlərin Sığortalanması Fondu şəhid və yaralı hərbçilərin kreditlərini silib.
Fonddan FED.az-a bildirilib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin ləğv prosesində olan banklardakı kreditlər borclarını və onlara hesablanmış faizlər və digər ödəmələri silib.
Bundan başqa, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın ləğv prosesində olan banklardakı kredit borcları və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi təmin olunub.