Azərbaycanda evini sığortalayanların sayı kəskin artıb.
Eləcə də bax: Daşınmaz əmlakın icbari sığortası - DAHA ÇOX KİMƏ LAZIMDIR?
FED.az xəbər verir ki, 2020-ci ilin yanvar ayında sığopta şirkətləri daşınmaz əmlakın icbari sığortasından 10 milyon 873 min manat vəsait toplayıblar. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon manat və ya 1,83 dəfə artıqdır.
Ötən ilin yanvarında bu göstərici 5,95 milyon manat olmuşdu.
Yığımlarla birlikdə əmlakın sığortasına görə ödənişlər də artmağa başlayıb.
Yanvar ayında bu sığorta növü üzrə 801 min manat ödəniş edilib. Bu sığortanın zərərlilik dərəcəsi 7,37% təşkil edir.
Ötən ilin yanvarında isə ödənişlər 307 milyon manat təşkil etmiş, ərərlilik 5,2% olmuşdu.
Qeyd edək ki, evlərin ibari sığortasında canlanmanın səbəbi, bu sahədə nəzarətin güclənəcəyi və cərimələrin tətbiqi ilə bağlı məlumatların yayılması olub.
Bununla yanaşı qeyd edək ki, yanvar ayında əmlakın sığortası ətrafındakı ajiotaj bir qədər səngiyib. Belə ki, 2019-cu ilin son ayında əmlakın sığortasından yığımlar 11 milyon 256 min manat oluşdu. Hətta 2019-cu ildə yığılan ümumi sığorta haqqının 4-də biri dekabr ayına təsadüf etmişdi. Yanvarda isə bu göstərici təqribən yarım milyon manat azalıb.