Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulatorpoliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tərkibinə veriləcək.
FED.az xəbər verir ki, bunu "Xalq qəzeti"nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
"Prezidenti müvafiq fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 aprel tarixində bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİBin tabeliyinə verilməsi barədə qərar qəbul edib. Qərara əsasən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib. Qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək. Siyahıya Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulatorpoliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri və s. aiddir", - deyə o bildirib.