Azərbaycanın ən iri sığorta şirkətlərindən olan “Atəşgah Sığorta” ASC 2021-ci ili 328 min manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Atəşgah Sığorta”nın cəmi əməliyyat gəlirləri 25,340 mln. manat, cəmi əməliyyat xərcləri 24,930 mln. manat təşkil edib.
Hesabat dövrünün sonuna şirkətin yığımlarının həcmi 25, 055 mln. manata, sığorta ödənişləri isə 10,546 mln. manata çatıb.
Qeyd edək ki, Azərbaycan sığorta bazarında aktivliyi ilə seçilən "Atəşgah Sığorta" şirkəti 25 ildən artıqdır ki fəaliyyət göstərir.