“Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasının 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərarını səhv hesab edirəm”.
Eləcə də bax: Təcili: Qorunan əmanətlərin faizi artırıldı - YENİ ŞƏRTLƏR
FED.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert Samir Əliyev bildirib.
İqtisadçının sözlərinə görə, bu addımın atılması əmanətlərin illik faiz dərəcəsinin artmasına səbəb olacaq: “Kredit portfelində əmanətlərin payı 70% olduğunu nəzərə alsaq deməli, kredit faizlərinə də artırıcı təsir edəcək”.
Son günlər əhalinin banklardan əmanətlərini geri götürməsi faktları artıb. Ehtimal ki, faizin qaldırılması qərarı ilə əmanətlərdəki azalmanın səngidilməsi hədəflənir. Neftin ucuzlaşması, Dolların bahalaşacağı söz-söhbətləri, 2 bankın lisenziyasının ləğv edilməsi, 2 bankda da müvəqqəti inzibatçının yoxlama aparması əmanətçiləri narahat edir. Qorxunun artması ilə əmanətçilər manat vəsaitlərini banklardan geri götürür və dollar alınır. Yuxarı həddin 2 bənd artırılması ilə banklara əmanət yerləşdirmək sərfəli edilir və bu addım ilə yeni əmanətlərin cəlbi hədəflənir.
Marja