Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- avqust aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 627 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 616 min manat və ya 15% çoxdur.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 4 milyon 11 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 400 min manat təşkil edib ki, bu da illik müqayisədə 328 min manat və ya 5,6 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə 72 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 9% olub. Bu da illik müqayisədə 7% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 2% idi.