Bu ilin 11 ayında Azərbaycanda sığorta ödənişləri 694,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən ödənişləri ən yüksək olan şirkətlər 389,7 milyon manatla "Paşa Həyat Sığorta" və 128,7 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 50,2 milyon manatı keçib.
“Atəşgah” Sığorta Şirkəti isə 11 ayda 24,5 milyon manata yaxın sığorta ödənişi edib.
"Qala Sığorta"nın ödənişləri isə 15,3 milyon manata çatıb.
"Meqa Sığorta"nın ödənişləri isə 14,1 milyon manatı keçib.
Hesabat dövrünün nəticələrinə əsasən ən aşağı ödənişlər 248 min manatla "İpək Yolu Sığorta"da olub.