Bu ilin 10 ayında Azərbaycanda sığorta ödənişləri 622,3 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən ödənişləri ən yüksək olan şirkətlər 356,2 milyon manatla "Paşa Həyat Sığorta" və 116,2 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 40,7 milyon manatı keçib.
“Atəşgah” Sığorta Şirkəti isə 10 ayda 17,4 milyon manata yaxın sığorta ödənişi edib.
"Qala Sığorta"nın ödənişləri isə 13 milyon manata çatıb.
"Meqa Sığorta"nın ödənişləri isə 12,4 milyon manata yaxınlaşıb.
Hesabat dövrünün nəticələrinə əsasən ən aşağı ödənişlər 247 min manatla "İpək Yolu Sığorta"da olub.