Bu ilin 9 ayında Azərbaycanda sığorta ödənişləri 553,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən ödənişləri ən yüksək olan şirkətlər 317,1 milyon manatla "Paşa Həyat Sığorta" və 103,3 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 36,3 milyon manatı keçib.
“Atəşgah” Sığorta Şirkəti isə 9 ayda 17,4 milyon manata yaxın sığorta ödənişi edib.
"Qala Sığorta"nın ödənişləri isə 11,4 milyon manata çatıb.
"Meqa Sığorta"nın ödənişləri isə 10,5 milyon manata çatıb.
Hesabat dövrünün nəticələrinə əsasən ən aşağı ödənişlər 247 min manatla "İpək Yolu Sığorta"da olub.