“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, layihəyə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sabah keçiriləcək iclasında baxılacaq.
Təklif olunan dəyişikliyə əsasən, sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət( yaralanma, travma, kontuziya) alma zamanı sığorta pulunun 15 faizi miqdarında sığorta ödənişi alacaq.
Layihədə bildirilir ki, ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən edilir.
Qeyd edək ki, layihə hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.