Bu gün Azərbaycan sığorta bazarının peşəkar sığorta agentlərindən olan İlham Hüseynovun 41 yaşı tamam olur.
FED.az xəbər verir ki, İ.Hüseynov 05 aprel 1982-ci ildə Tovuz rayonunda anadan olub. Ali təhsillidir, Azərbaycan Texniki Universitetinin məzunudur.
İ.Hüseynov sığorta sahəsində zəngin iş təcrübəsinə malikdir. Belə ki, o ölkədə fəaliyyət göstərən bir neçə sığorta şirkətində çalışıb, sığorta bazarının ən təcrübəli və peşəkar agentlərindən biridir.
10 ildən çox sığorta sahəsində iş təcrübəsinə malik olan İ.Hüseynov 2011-2018-ci illərdə "AXA MBASK" sığorta şirkətində regional agent kimi çalışıb, 2018-ci ilin may ayından isə “Qala Sığorta” şirkətinin Tovuz nümayəndəliyinin rəhbəridir.
Hər iki şirkətin fəaliyyətinin inkişaf etdirilməsində, uğur qazanmasında, eləcə də sığorta yığımlarının formalaşmasında İ.Hüseynovun rolu danılmazdır. O, həmçinin sığorta mövzusu ilə bağlı Türkiyə, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq təlimlərdə dəfələrlə iştirak edib.
Bütün bunlarla yanaşı, İ.Hüseynov Azərbaycan sığorta bazarının regionda inkişafına öz töhfəsini verən peşəkar sığortaçı kimi də tanınır.
FED.az komandası olaraq İlham müəllimi təbrik edir, ona işlərində yeni uğurlar arzulayırıq.