Bu gün Azərbaycan sığorta bazarının peşəkar sığorta agentlərindən olan İlham Hüseynovun 39 yaşı tamam olur.
İ.Hüseynov 05 aprel 1982-ci ildə Tovuz rayonunda anadan olub. Ali təhsillidir, Azərbaycan Texniki Universitetinin məzunudur.
İ.Hüseynovun sığorta sahəsi üzrə zəngin iş təcrübəsi var. Belə ki, o ölkədə fəaliyyət göstərən bir neçə sığorta şirkətində çalışıb, sığorta bazarının ən təcrübəli və peşəkar agentlərindən biridir.
10 ildən çox sığorta sahəsində iş təcrübəsinə malik olan İ.Hüseynov 2011-2018-ci illərdə "AXA MBASK" sığorta şirkətində regional agent kimi çalışıb, 2018-ci ilinm may ayından isə “Qala Sığorta” şirkətinin Tovuz nümayəndəliyinin rəhbəri vəzifəsini icra edir.
Hər iki şirkətin fəaliyyətinin inkişaf etdirilməsində, uğur qazanmasında, eləcə də sığorta yığımlarının formalaşmasında İ.Hüseynovun rolu danılmazdır. O həmçinin sığorta mövzusu ilə bağlı Türkiyə, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq təlimlərdə dəfələrlə iştirak edib.
Bütün bunlarla yanaşı, o Azərbaycan sığorta bazarının regionda inkişafına öz töhfəsini verən ən yaxşı sığortaçı kimi də tanınır.
FED.az komandası olaraq İlham müəllimi təbrik edir, ona işlərində yeni uğurlar arzulayırıq.