Son günlər həm dünya, həm də Azərbaycan mediasında "bitcoin"- kripto -valyuta ilə bağlı xəbərlərə çox tez-tez rast gəlinir. Hətta ötən günlərdə iştirak etdiyim forumlarda da bu mövzu haqda geniş müzakirələrin aparıldığını deyə bilərəm. Hələlik dünyanın yeganə bu tipli valyutası olan “Bitcoin”in başqa ölkələrdə də alternativinin yaradılması gündəmə gəlib.Bitcoin və yaxud başqa kripto-valyutaların əsas gözəlliyi onun sizi bir anda milyonlar qazandırmağı deyil onun arxasındaki texnologiya olan Blockchaindir. Fikrimcə, internetin kəşfi necə bir anda dünyanı dəyişdirdisə, "Blockchain"də də bunu etmə potensialı var.Bitcoin istifadəsinə görə ən böyük bazar olaraq ilk sırada Yaponiya yer alır. Yaponiya mərkəzli sığortaçılıq firması Mitsui Sumitomo Insurance, dünyada ilk dəfə təqdim olunan Bitcoin sığorta şəhadətnaməsini tanıtdı.Şirkətin təqdim etdiyi Bitcoin sığorta şəhadətnaməsi 88.500 dollardan 8,85 milyon dollara qədər təminat verir. Şəhadətnamədə ümumi oğurluq, işçilərin istismarı və səhvlər, kiber hücumlar və digər səlahiyyətsiz daxilolmalar bərabər daxili və xarici təzyiqlərdən qaynaqlanan zərərlərin hamısını əhatə edir.Burada sığorta və kripto valyutalarla bağlı bəzi məqamlar diqqət çəkir. Bunlardan biri, sığorta ödəmələrində kripto valyutalar nə vaxt etibarlı olacaq? Yəni mən sığorta şəhadətnaməsi alarkən kripto valyuta ilə ödəniş apara bilərəmmi? Sığorta şirkətləri son dövrdə rəqəmsal texnologiyalara ciddi sərmayə qoymağa başlayıb. Bu məqamda da ölkəmizdə addım atan sığorta şirkəti olacaq deyə düşünürəm. Blockchain əsaslı olaraq müştəriləri, satış agentləri, sığorta təşkilatlarını bir-birinə bağlayır və göstəriciləridə də bir nöqtədə tutaraq etibarlı bir bağ yaradacaq. Bəs, bu həllin bizə təqdim etdiyi üstünlüklər nələrdir?
- Məhsuldarlığın aşağı düşməsinin qarşısının alınmasında və yaxşılaşdırılmasında bu texnologiya və özü ilə bərabər gətirdiyi iş modeli bir fürsət ola bilər.
- Sığorta sektorunda da şəhadətnamənin hazırlanması, zərər, təzminat, müştəri məmnuniyyəti kimi bir çox xidmətləri tək bir sistem üzərindən izləmək mümkün olacaq.
Bitcoindən istifadənin müsbət tərəfləri olduğu kimi və mənfi tərəfləri də var. Əslində, bu onunla bağlıdır ki, bitcoin son vaxtlar getdikcə dəyərə minir. Bitcoinlər hər hansı hökumət siyasətinin qurbanı olmurlar. Amma onun təbii ki, mənfi tərəfləri də var. Çünki bitcoinlərin məzənnələri çox qeyri-sabitdir. Birdən-birə kəskin bahalaşa və ya ucuzlaşa bilər. Bu isə ölkənin həm maliyyə, həm də biznes sistemi üçün təhlükəlidir. Eyni zamanda onun arxasında heç kim durmur. Bilirsiniz ki, manatın arxasında Mərkəzi Bank durur. Amma bitcoində məsuliyyət daşıyan tərəf yoxdur. Ona görə də daha çox risk xarakteri daşıyır.
Bu halda hüquqi təminata malik olmayan bu kripto valyutaların sığortalanması məqamı var. İnvestisiya edilən kripto valyuta həddindən artıq dəyərini itirə və ya yox ola bilər. Bundan başqa kiber hücumlarada məruz qala bilər. Bu kimi hallarda sığorta şirkətləri ciddi bir təminat verə bilər investorlarına. Bu tip sığortalar dünyada mövcuddur.
"Blockchain” texnologiyası çox mükəmməldir. Bu texnologiyadan seçki keçirməkdən tutmuş, insanları siyahıya almağa, şəxsi məlumatların saxlanması, şirkətlərin onlayn idarə olunmasına qədər bu texnologiyadan istifadə etmək olar. "Blockchain” texnologiyasının dəqiqliyi, təhlükəsizliyi, sürətliliyi, xərclərin aşağı olması baxımından gələcəkdə geniş istifadə olunacaqına, ölkəmizdədə sığorta sektorunda tətbiq olunacağına və ən mürəkkəb proseslərində belə faydalanacağına əminəm. Görək ilk hansı sığorta şirkəti bu texnalogiyadan istifadə edərək ödəmə qəbul edəcək?!