2022-ci il iyunun 30-na Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 511 milyon 87,2 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 12,9% çoxdur.
Eləcə də bax: Sığorta ödənişlərinin həcminə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2022)
FED.az xəbər verir ki, bank hesablarında 507 milyon 968,6 min manat və ya aktivlərin 33,6%-i (artım 24,6%), uzunmüddətli maliyyə aktivlərində 434 milyon 279,1 min manat (artım 7,2%), debitor borclarında 146 milyon 789,4 min manat (artım 48,1%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2022-ci il iyulun əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 382 milyon 929,2 min manat (azalma 1,1%) təşkil edib.
1 iyul 2022-ci il tarixinə sektorun sığorta ehtiyatları 910 milyon 688,6 min manat (artım 21,5%), ümumi bölüşdürülməmiş mənfəəti 83 milyon 433,5 min manat (artım 4,2%) təşkil edib.
2022-ci il iyulun 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (6 şirkət xarici kapitala malikdir - İF), 20-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-si isə broker şirkətidir.
2022-ci il iyulun 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1915,5 manat təşkil edib, bu isə 2021-ci ilin birinci yarısına olan göstəricidən 0,6% azdır. (İnterfaks-Azərbaycan)