2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 56 milyon 209,5 min manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 42% çoxdur.
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2023)
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2023)
FED.az xəbər verir ki, hesabat dövründə sığorta sektorunun gəlirləri 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 48,1% - 280 milyon 911,2 min manata qədər artıb.
Sığorta haqları 35,2% - 360 milyon 204,4 min manata qədər artıb, xalis mənfi sığorta ehtiyatları (gəlirərin məbləğini azaldır - İF) bir il əvvələ olan 101 milyon 181,9 min manata qarşı 122 milyon 416,6 min manat təşkil edib.
Sığorta bazarının iştirakçılarının investisiya gəlirləri 25 milyon 583,7 min manat (artım 41,6%), sığorta haqlarında təkrar sığortaçıların payı 1 milyon 616,1 min manat (artım 2,3 dəfə) təşkil edib.
Hesabat dövründə sığorta sektorunun xərcləri 49,3% - 216 milyon 48,3 min manatadək artıb. Sığorta ödənişləri 105 milyon 356,4 min manat (artım 1,7 dəfə), təkrar sığorta ödənişləri 39 milyon 157,2 min manat (artım 54,4%), işin aparılması xərcləri 61 milyon 675,3 min manat (artım 36,7%) təşkil edib.
2023-cü ilin 3 ayı ərzində sığortaçılar 8 milyon 653,4 min manat məbləğində (artım 60,8%) mənfəət vergisi ödəyiblər.
2023-cü il aprelin 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxsdir (6 şirkət xarici kapitala malikdir - İF). Bundan başqa, 2023-cü il aprelin əvvəlinə ölkədə 20 sığorta, 1 təkrarsığorta və 11 broker şirkəti fəaliyyət göstərib. (İnterfaks-Azərbaycan)