2021-ci ilin birinci rübündə Azərbaycanda sığortaçılar 612,923 min sığorta müqaviləsi bağlayıblar ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 25,5% azdır.
Eləcə də bax: Birinci rübdə Azərbaycanda sığorta bazarının aktivləri 3% - Kapitalı 4% Artıb
FED.az xəbər verir ki, sığorta müqavilələrinin böyük hissəsi icbari sığorta növləri üzrə bağlanıb, ümumi portfelin 59,4%-i və ya 1 milyon 364,227 min müqavilə onların payına düşüb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə azalma 28,1% təşkil edib.
Eyni zamanda, icbari sığorta növləri üzrə ən çox müqavilə (294,634 min) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə bağlanıb.
Hesabat dövründə könüllü sığorta növləri üzrə müqavilələrin sayı 21,3% - 248,696 minə qədər azalıb. Eyni zamanda, həyat sığortası üzrə 180,395 min müqavilə (azalma 4,2%), qeyri-həyat sığortası üzrə 68,301 min müqavilə (azalma 46,3%) bağlanıb. Ən çox müqavilə (39,146 min) əmlak sığortası üzrə bağlanlıb.
Yanvar-mart aylarının yekunları üzrə Azərbaycanda sığortaçıların və təkrarsığortaçıların ümumi sığorta haqları 248 milyon 988,7 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3,4% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta haqları 155 milyon 648 min manat (azalma 3%) və ya bazar üzrə bütün haqların 62,5%-ni təşkil edib. Eyni zamanda, həyat sığortası üzrə sığorta haqları 53 milyon 901,8 min manat (azalma 4,5%), qeyri-həyat sığortası üzrə 101 milyon 746,2 min manat (azalma 2,2%) təşkil edib.
Hesabat dövründə icbari sığorta növləri üzrə sığorta haqları 93 milyon 340,7 min manat (artım 16,3%) təşkil edib.
Hesabat dövründə sığortaçılar və təkrarsığortaçıların fiziki şəxslərlə bağlanmış müqavilələr üzrə ümumi sığorta haqları 13,8% - 42,278 milyon manatadək və ya bütün sığorta haqlarının 17%-i səviyyəsində azalıb. Fiziki şəxslərin könüllü sığorta və təkrarsığorta növləri üzrə sığorta haqları 22 milyon 77,9 min manat (azalma 7,3% - İF) təşkil edib. Bundan başqa, fiziki şəxslərin həyat sığortası və təkrarsığorta üzrə sığorta haqları 16 milyon 331,6 manat (azalma 6,9%), qeyri-həyat sığortası üzrə 5 milyon 746,3 min manat (azalma 8,5%) təşkil edib.
Birinci rübdə fiziki şəxslərlə icbari sığorta və təkrarsığorta növləri üzrə bağlanmış müqavilələr çərçivəsində sığorta haqları 20 milyon 200,1 min manat (azalma 19,9%) təşkil edib. (İnterfaks)