Azərbaycanda sığorta mədəniyyəti tam formalaşmasa da bəzi sığorta növlərinə davamlı tələbat var. Bura avtomobillərin icbari sığortası, səyahət və həyat sığorası aiddir. Sığorta şirkətləri vətəndaşlara çoxsaylı sığorta məhsulları təklif etsələr də həm məlumatın olmaması, həm də ödəniş qabiliyyətinin aşağı olması səbəbindən bu məhsullara maraq böyük deyil.
Bunu nəzərə alaraq, FED.az bir ailə üçün minumum sığorta məbləğini araşdırıb. Sığorta sahəsində ekspert Əbülfəz Şıxının sözlərinə görə ən vacib sığorta növlərinə - ev, avtomobil, tibbi sığorta, ev əşyalarının sığortası və həyat sığortaları daxildir.
Evin və ya mənzilin sığortası
İcbari sığorta haqqında qanuna görə, mənzil və ya evlərin illik sığortası 30-50 manat arasında dəyişir, Bakıda 50 manat, nisbətən böyük şəhərlərdə 40 manat, rayonlarda isə 30 manat ödəməklə, mənzili müvafiq olaraq 25 min manat, 20 min manat və ya 15 min manat məbləğində sığortalamaq olar. Nəzərə alsaq ki, Bakıda evlərin orta qiyməti 100 min manat təşkil edir qalan 75 min manatı könülü sığortalamaq olar. Bunun üçün 150 manat ödəmək lazım gələcək. Başqa sözlə, cəmi 200 manat ödəməklə eviniz 100 min manatlıq sığortalanır.
Ev əşyalarının sığortası
Çox kiçik bir məbləğ müqabilində evin əşyalarını böyük məbləğdə sığortalamış olar. Məsələn 10 min manatlıq sığorta üçün cəmi 30 manat ödəmək lazımdır. Əgər siz sığorta məbləğini 20 min manat etmək isdəyirsizə cəmi 60 manat ilə bunu etmək olar. Bu sığortaya əsasən, evdə yanğın vfə ya hər hansı hadisə nəticəsində ev əşyaları korlanarsa, sizə 20 min manata qədər kompensasiya veriləcək. Sığorta haqqını artarmaqla ödənişin məbləğini də artırmaq olar.
Avtomobillərin icbari sığortası
Avtomobillərin icğari sığortası üzrə tarifləri demək olar ki, hamı bilir. Bu sığorta üçün 2,5 litirlik və qiyməti 20 min manatlıq maşın götürdükdə sığorta haqqı 100 manat ödəməklə maşını 5 min manatlıq sığorta etmək mümkündür. Əgər ödənəcək məbləği 10 min manat etmək istəsəniz əlavə 10 manat ödəmək lazımdır.
Avtomobilərin kasko sığortası
Statistik məlumatlara görə, Azərbaycanda yeni avtomobilləri çıxmaq şərti ilə, digər avtomobillərin çoxu KASKO sığortası etməyib. Təbii ki qiymət maşının modelindən, motorun həcmindən, sürücü yaşından asılı olaraq müəyyən dəyişikliyə məruz qala bilər. Lakin biz 2,5 litirlik və qiyməti 20 min manatlıq maşın və eyni zamanda azad olunan məbləğ (franşiza) 100 manat götürdükdə, 600 manata maşının tam bazar dəyəri həcmində sığortalamaq olar.
Tibbi sığorta xərcləri
Tibbi sığorta ən vacib olan sığorta növüdür. Belə ki, siz bu sığorta növünü əldə etməklə, təcili yardım, tibbi təxliyyə, dərman təminatı, optika və s tibbi xidmətlərdən sığortalana bilərsiniz. Tibbi sığortanın bir ailə üçün qiyməti, adambaşına 500 manat ödəməklə 25 min manatlıq sığortalanmaq olar.
Həyat sığortası xərcləri
Həyat sığorta minumum ödəniş 150 manatdan başlayır, yəni bu məbləğdən aşağı ödəniş yoxdur. Bu sığorta növü yaşa görə fərqlənir. Məsələn, 40 yaşlı kişi üçün 50 min manatlıq bir paket 12 aylıq ödəniş cəmi 18 976 manat ödənilir və əgər sığorta hadisəsi olmayıbsa bu ödəniş ilin sonunda həmin şəxsin özünə qaytarılır. 35 yaşlı bir qadın üçün illik ödəniş 17 931 manat təşkil edir ki buda ilin sonunda heç bir hadisə baş verməyibsə geri qaytarılır. Əgər sığorta olunan müdətdə nəsə hadisə baş veribsə sığorta şirkəti 50 min manatlıq paketi ödəyir.
Qeyd edək ki, həyat sığortası növündə sığorta haqqı məbləğinin çox olması ondan irəli gəlir ki, müştəri heç bir hadisə baş vermədiyi halda ödədiyi sığorta şirkətindən sığorta haqqını tam olaraq geri ala bilir (mənbə: “Qala Həyat”ın “Zərərsiz və İtkisiz” yeni sığorta məshulu, http://qala.az/without_loss.php). Digər həyat sığortası növlərində isə belə deyil. Belə ki, müştəri şirkətə ödədiyi sığorta haqqı hadisənin baş verib-verməməsindən asılı olmayaraq sığorta şirkətində qalır. Müştəriyə geri qaytarılmır.
Bir ailənin «full» sığortası neçəyədir? - MƏBLƏĞLƏR
12:29
19 İyul 2018