Azərbaycanın 3 rayonunda pilot layihələr həyata keçirilir. Bunlar Mingəçevir, Yevlax və Ağdaş rayonlarıdır. Əsas məqsədimiz əhaliyə əlçatımlılığı təmin etmək və xəstəxanaların maliyyələşmə mexanizmini dəyişməkdir. Əvvəllər xəstəxanalar çarpayı və həkimlərin sayına görə maliyyələşirdi. Pilot layihələr həyata keçirdiyimiz ərazilərdə maliyyələşməni tamamilə dəyişərək onların göstərdiyi xidmətə görə maliyyələşməni həyata keçirdik. Layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əmək haqlarında dəyişiklik etdik”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Eləcə də bax: İcbari tibbi sığorta haqqı açıqlandı - MƏBLƏĞLƏR
“Pilot layihə olduğu üçün müvəqqəti olaraq baza əmək haqları üzərinə göstərdikləri xidmətlərə görə həkimlərə müəyyən bonuslar hesablandı. Artıq onların əmək haqqında kifayət qədər yüksəlmə oldu. Pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alırlar. Orta tibb işçilərinin əmək haqqında da kifayət qədər yüksəlmə olub. Göstərilən tibbi xidmətlərə gəldikdə isə əməliyyat xidmətlərinin sayı 52 faiz artıb. Bilirsiniz ki, ölkədə ölümlər daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Layihə keçirdiyimiz ərazilərdə ölüm sayı azalıb” - Dövlət Agentliyinin direktoru əlavə edib.