Banner

Sığorta

Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması - 9 AY TƏXİRƏ SALINIB

Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması - 9 AY TƏXİRƏ SALINIB | FED.az
17:40 27 Mart 2020

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.

Eləcə də bax: Xidməti müqavilə ilə işləyənlərin icbari tibbi sığortanı ödəməli olduğu - MÜDDƏT UZADILIB

FED.az "apa"ya istinadən xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Qüvvədə olan qanuna əsasən,  Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə, 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari sığorta haqqı 0,02 manat həcmində müəyyən edilib.

Digər xəbərlər

Banner