Yerli sığorta bazarına yeni daxil olmuş həyat sığortası şirkəti olan “Meqa Həyat” Azərbaycan Sığortaçılar Assosiasiyasına üzv olub.
Azərbaycanda sığorta haqlarının - 79%-i 5 Şirkətin Payına Düşür
FED.az xəbər verir ki, bu barədə ASA-dan bildirilib. Məlumata görə, yeni sığorta şirkətinin Assosiasiyaya üzvlüyü ASA-nın Müşahidə Şurasının ötən gün keçirilən iclasında təsdiq edilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə 2021-ci ilin fevral ayının 19-da "Meqa Həyat” ASC-yə 5 il müddətinə lisenziya verilib. Bununla da, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 19-dan 20-yə, həyat sığortası şirkətlərinin sayı isə 4-dən 5-ə çatıb.