Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Atəşgah Sığorta” şirkətinin yığımlarındakı kəskin azalma tendensiyası davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin 9 ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 27,877 mln. manat həcmində sığorta haqı toplamışdırsa, cari ilin 9 ayında bu rəqəm 9,157 mln. manat və ya 32,85% azalaraq 18,720 mln. manata düşüb. Rəqəmlərdən aydın şəkildə məlum olur ki, şirkətdə satışın həcmi, o cümlədən müştərilərin sayı kəskin şəkildə azalmaqdadır.
AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin ödənişlərində də azalma qeydə alınıb. Belə ki, “Atəşgah sığorta” tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 3,347 mln. manat və ya 22,77% azalaraq 11,354 mln. manat təşkil edib.