Azərbaycanda 2020-ci il yanvarın 1-dən etibarən mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqinə başlanacaq.
Eləcə də bax: Baş Nazir sədr seçildi - NAZİRLƏR KABİNETİNDƏ İCLAS
FED.az xəbər verir ki, bu sahədə indiyə qədər görülən işlər və gələn ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı Baş Naziri Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən Əli Əsədov deyib ki, 2017-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər haqqında məlumat verib. Bildirilib ki, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib.
2020-ci il yanvarın 1-də qüvvəyə minəcək qanuna əsasən əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq.
Bildirilib ki, icbari tibbi sığorta pensiyaçılar, aztəminatlı təbəqələr və 18 yaşınadək şəxslər də daxil olmaqla 4,4 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq.
Belə ki, yanvarın 1-dən Naxçıvan MR-in ərazisində və 23 regionda, aprelin 1-dən 20 regionda, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Abşeronda tətbiq olunacaq. Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaq.