“Meqa Həyat Sığorta” ASC kredit həyat sığortası üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.
FED.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 18 528 manat qalıq borc məbləği “Meqa Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.
Qeyd edək ki, Kredit Həyat Layihəsi çərçivəsində Meqa Həyat Sığorta Şirkəti ümumi olaraq 53 nəfər sığortalı üzrə 174 878 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu isə bir daha göstərir ki, kredit həyat sığortası həm borcalanların ailələrinin maliyyə yükünü azaldır, həm də kredit təşkilatlarını potensial risklərdən qoruyur.