Aprel-may aylarında Azərbaycanda Daşınar əmlakın yüklülüyü təsisatı işə düşəcək.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bu gün Bakıda MBNP və ASK-nin təşkilatçılığı ilə keçirilən «Kapital bazarları vasitəsilə maliyyələşmə, listinaq və investisiyalar» tədbirində bildirib.
Onun sözlərinə görə, bu yenilik, bir qədər əvvəl işə düşən kredit zəmanət fondu ilə yanaşı ölkədə kredt aktivliyin artıracaq. Palata sədri bildirib ki, 2018-ci ildə iqtisadi aktivliyin artması fonunda sahibkarlar da istehsal münasibətlərinə fərqli yanaşmalıdırlar: «İş adamlarımız xərclənin səmərəliliyinin artırılması, korporativ idarəetmə və maariflənmə prosesinə hazır olmalıdırlar».
Bank sektoru ilə bağlı - DAHA BIR YENILIK
10:40
6 Mart 2018