"Muğan Bank" ASC "Atəşgah Sığorta" ASC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddiaya səbəb maddi ziyanın ödənilməsi tələbidir.
İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Məhkəmənin baxış iclası sentyabrın 29-u, saat 15:15-ə təyin olunub. Hakim Raqib Qurbanovdur. (Renkinq)