Bu gün Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) işə başlayıb.
FED.az xəbər verir ki, sabah başa çatacaq tədbirin təşkilatçısı - "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyidir.
Foruma Azərbaycan Mərkəzi Bankı və İcbari Sığorta Bürosu dəstək verir. Tədbirdə AMB-nin sədri Taleh Kazımov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər dövlət rəsmiləri iştirak edir.
Forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.