“Bakı Sığorta” şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə yığımlarının həcmini açıqlanıb.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin 9 ayı üzrə açıqladığı rəsmi hesabatında şirkətin bu ilin yanvar-sentyabr ayları üzrə topladığı sığorta haqlarının həcmi 709 000 manat, sığorta ödənişlərinin həcmi isə 156 000 manat olub.
Şirkətin yığımlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% azalıb.
Son bir ildə şirkətin sığorta ödənişlərinin həcmində də azalma qeydə alınıb. Belə ki, sığorta hadisələri üzrə verilən ödənişlər 26,8% azalaraq 156 000 manat olub.
Qeyd edək ki, Palatanın cari ilin yanvar-avqust ayı üzrə açıqladığı hesabatda da şirkətin yığımlarında azalma qeydə alınmışdı.
Yığımların və azalmanın səbəbini bilmək üçün qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
“Bakı Sığorta” 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri “Bank Respublika”, “Yeni Motor” MMC, “Diamond Motors” MMC, “Subaru Azərbaycan” MMC və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 925 444 AZN təşkil edir. Şirkət 27 növ üzrə sığorta xidmətləri təqdim edir.
“Bakı Sığorta”nın yığımları və ödənişləri azaldı – HESABAT
13:13
3 Noy 2018