«Bakı Sığorta» şirkəti 2022-ci ilin nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə Bakı Sığortanın cəmi gəlirləri 7 milyon 51 min manat, cəmi xərcləri 6 milyon 933 min manat təşkil edib.
2021-ci ildə şirkətin cəmi gəlirləri 3,9 milyon manat, cəmi xərcləri isə 5,6 milyon manat olub.
2022-ci ildə şirkətin gəlirlərinin 6,3 milyon manatı toplanmış sığoğrta haqlarına aiddir. İşlərin aparılması xərci isə 3,8 milyon manat olub.
Şirkət ili 118 min manat maliyyə mənfəəti ilə başa vurub, bundan 16 min manat mənfəət vergisi ödənildikdən sonra isə illik xalis mənfəət 102 min manat təşkil edib.
2022-ci ilin sonuna «Bakı Sığorta»nın aktivləri 12,7 milyon manat, cəmi kapitalı 7,9 milyon manat, öhdəlikləri isə 4,8 milyon manat olub.
Ötən il "Bakı Sığorta"nın investisiya gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə cüzi azalaraq 731 min manat təşkil edib (2021-ci ildə 735 min manat olmuşdu).