«Bakı Sığorta»da çalışan əməkdaşların sayı kəskin azalıb.
FED.az şirkətə istinadən xəbər verir ki, işçi sayının azalması 2022-ci ilin əvvəlindən başlayıb və ilin əvvəlində 119 nəfər olapn işçi sayı ilin sonunda sonunda şirkətdə 110 nəfərə enib.
2023-cü ildə işçilərin sayının azalmağa davam edib. Belə ki, 2023-cü ilin 1-ci rübünün sonunda bu rəqəm 105 nəfər, 2-ci rübdə 101 nəfər, 3-cü rübdə 88 nəfər, ilin sonunda isə 83 nəfərə enib.
Başqa sözlə, il ərzində şirkətin əməkdaşlarının sayı 27 nəfər və ya 25% azalıb.