"Bakı Sığorta" şirkətinin idarə heyətinin sədri təsdiqlənib. FED.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsini icra edən Ramin Məmmədov ötən həftədən etibarən idarə heyətinin sədri təyin edilib.
Qeyd edək ki, R.Məmmədov 2012-ci ildən “Bakı Sığorta” şirkətində çalışır. 2012-ci ildə maliyyə departamentinin direktoru, idarə heyətinin üzvü, 2013-cü ildən isə sədr müavini seçilib. 2016-cı ilin may ayından etibarən isə sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsini icra edirdi.