06 may 2022-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Bakı Sığorta” ASC-nin Baş ofisində Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, iclasın gündəliyi ictimaiyyətə açıqlanmır.
Əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Gülüstan Residence” Kompleksinin 2 saylı binasının 3-cü mərtəbəsində) müraciət edilə bilər.
Qeyd edək ki, “Bakı Sığorta” ASC-nin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 milyon 925 min 444 manat təşkil edir. Şirkət 27 növ üzrə sığorta xidmətləri təqdim edir.