“Bakı Sığorta” şirkəti bazar oyunçuları arasında ən az sığorta haqqı toplayan şirkətlər sırasında yer alıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı rəqəmlər əsasında tərtib etdiyi hesabata görə şirkətin bu ilin yanvar-aprel aylarında topladığı sığorta yığımlarının həcmi 267 min manat olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 107 min manat və ya təxminən 40% azdır.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında şirkətin yığımlarının həcmi 374 min manat təşkil edib.
“Bakı Sığorta” yığımlarını 300 min manata çatdıra bilmədi
18:35
21 May 2018