“Bakı Sığorta” ASC-nin satış komandası 2023-cü ildə cəmi 4 milyon 934 min manat həcmində yığım əldə edə bilib.
FED.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 411 min manat, başqa sözlə 22,2% azalıb.
2022-ci ildə “Bakı Sığorta” ASC-nin yığımları 6 milyon 344 min manat olub.
Sığorta şirkəti ötən il yığımların həcminə görə 17-ci, dinamikasına görə 16-cı olub.
Hesbat dövründə "Bakı Sığorta"nın sığorta ödənişləri isə 2 milyon 986 min manat olub ki, bu da illik müqayisədə 495 min manat və ya 19,9% artım deməkdir. 2022-ci ildə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2 milyon 491 min manat sığorta ödənişi verilib.
Ödənişin həcminə görə "Bakı Sığorta" 16-cı, dinamikasına görə 11-ci olub.
Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 60,5% təşkil edib. Zərərlik göstəricisinə görə "Bakı Sığorta" sığorta şirkətləri 5-ci olub.