“Bakı Sığorta” ASC İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqına iştirakçı üzv olmaq məqsədi ilə “İcbari Sığortalar haqqında” Qanununun 28-ci maddəsinin tələbinə uyğun olaraq büronun hesabına aşağıda qeyd olunan məbləğlərdə iştirak haqqı və müvafiq təminat depozitlərini ödəyib.
Bu barədə FED.az-a İcbarı Sığorta Bürosundan bildirilib.
Qeyd olunur ki, “Bakı Sığorta” şirkəti tərəfindən Büroya iştirak haqqı kimi 200 000 manat vəsait ödənilib. Digər növlər üzrə lisenziyaların alınması üçün təminat depoziti ilə bağlı məbləğlər aşağdakı kimidir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası- təminat depoziti 200 000 AZN;
Daşınmaz Əmlakın İcbarı Sığortası - təminat depoziti 100 000 AZN;
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası - təminat depoziti – 100 000 AZN;
"Yaşıl Kart" üzrə təminat depoziti - 10 000 AZN.
Qeyd edək ki, “Bakı Sığorta” ASC 25 dekabr 2020-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib.
Reysterdən çıxarış qanunvericiliyin tələblərinə uyğun olaraq “Bakı Sığorta”ya təqdim edilib.