Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan “Bakı Sığorta”da yeni təyinat olub.
FED.az saytına verilən məlumata görə, İlqar Əliyev şirkətin İdarə Heyətinin sədr müavini təyin olunub.
Qeyd edək ki, İlqar Əliyev yeni təyinatından əvvəl “Bakı Sığorta” şirkətinin İdarə Heyətinin üzvü, Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsini icra edib.
Xatırladaq ki, İ.Əliyev Bakı Biznes Universitetinin məzunudur. O, 2011-ci ilin aprel ayından “Bakı sığorta” şirkətində çalışır. Sığorta bazarında peşəkar sığortaçı kimi tanınır.
“Bakı Sığorta” şirkətində yeni təyinat - FOTO
13:29
29 İyun 2018