“Bakı Sığorta” şirkəti 2017-ci ili 262 min manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 10,6% çoxdur.
Ötən il “Bakı Sığorta”nın gəlirləri 2,501 milyon manat, xərcləri 2,173 milyon manat, mənfəət vergisi ödəmələri isə 66 min manat təşkil edib.
Bu il yanvarın 1-nə şirkətin aktivləri 10,728 milyon manat olub ki, bu da illik müqayisədə 3% azdır.2017-ci ildə “Bakı Sığorta”nın öhdəlikləri 16,75% azalaraq 1,784 milyon manata düşüb, balans kapitalı isə 0,3% artaraq 8,944 milyon manata çatıb.