17 yanvar, 2020-ci il saat 11-də «Bakı Sığorta» ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclas şirkətin Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 315C ünvanındakı ofisində baş tutacaq.
Eləcə də bax: “Bakı Sığorta”nın səhmdarlarından biri - PAYINI SATIB
İclasın gündəliyi açıqlanmır, şirkət elan edib ki, iclasın gündəliyi, əlavə məlumat və digər materiallarla ğanış olmaq üçün göstərilən ünvanda şirətə müraciət etməa lazımdır.
Xatırladaq ki, «Bakı Sığorta»nın təsisçiləri “Bank Respublika”, ASC “Yeni Motor” MMC, “Diamond Motors” MMC, “Subaru Azərbaycan” MMC, “Toyota Abşeron Center MMC”, “Ekolizinq MMC” və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 925 444 AZN təşkil edir.
“Bakı Sığorta” ASC 27 növ üzrə sığorta xidmətləri təqdim edir və 6 il əvvəl “İlin ən Yaxşı” sığorta şirkəti olub. Hazırda şirkət sığorta bazarının autsayderləri arasındadır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı göstəricilərə əsasən, yanvar-oktyabr aylarının yekununda «Bakı Sığorta» həm yığımlarının, həm də ödənişlərinin həcminə görə, 22 şirət arasında 19-cu yerdədir. Baxmayaraq ki, son bir ildə şirkətin yığımları 17% artıb.
Şirkətin ödəniş/yığım nisbəti göstəricisi 22,3% təşkil edir.