"Bakı Konqres Mərkəzi" MMC daşınmaz əmlakın icbari sığortası xidmətinin satın alınması ilə əlaqədar açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 5-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 14-nə qədər şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.
Təkliflərə avqustun 16-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.