Fəaliyyətini dayandırmağa qərar vermiş “AMRAH Sığorta” ASC şirkəti kreditorlara verdiyi vaxtı uzatdığını açıqlayıb.
Bu barədə şirkətdən FED.az-a verilən məlumatda bildirilir.
Məlum olduğu kimi, “AMRAH Sığorta” ASC-nin Səhmdarlarının 16 oktyabr 2020-ci il tarixli Ümumi Yığıncağının Qərarına əsasən Cəmiyyət könüllü olaraq ləğv edilməyə başlamışdır.
Həmin tarixdən etibarən ləğvetmə prosesi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Belə ki, Ləğvetmə Prosesində olan “AMRAH Sığorta ” ASC-nin Ləğvetmə Komissiyasının 19 oktyabr 2020-ci il tarixli qərarına əsasən bütün sığorta müqavilələrinin bir tərəfli qaydada xitam olunması qərara alındığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 920.2-ci maddəsinə əsasən, sığorta müqaviləsinə vaxından əvvəl xitam verilərkən bu barədə 30 gün ərzində bütün müştərilərə xəbərdarlıq verməli olduğundan, bütün sığortalılara yazılı bildiriş göndərilmişdir.
Sığortalılara göndərilmiş bildirişlərin tarixlərindən 30 gün sonra sığorta müqavilələrinə xitam veril verilmişdir.
Sığortalılara göndərilən yazılı bildirişlərdən sonuncusu 27 noyabr 2020-ci il olduğundun həmin bildirişlərin də 30 günlük vaxtınən 27 dekabr 2020-ci il tarixdə bitdiyini nəzərə alaraq, bütün sığorta müqavilələri verilmiş yazılı bildirişlərin 30 günlük müddətinin bitmə ardıcıllığına uyğun olaraq xitam edilmişdir.
27 dekabr 2020-ci il tarixdən etibarən Ləğv etmə Prosesində olan “Amrah Sığorta” sığorta müqavilələri xitam verildiyindən bütün sığorta müqavilələri üzrə, eləcə də “Kasko butik” layihəsi üzrə bağlanmış sığorta müqavilələri üzrə heçbir öhdəlik daşımadığını bəyan edir.
Lakin, Koronavirus (covid – 19) infeksiyasının yayılması ilə əlaqədar sərt karantin rejiminin tətbiq edilməsi səbəbindən istehlakçıların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının 11 dekabr 2020-ci il tarixli qərarına əsasən kreditorların tələblərinin irəli sürülməsi müddəti 16 dekabr 2020-ci tarixdən 30 yanvar 2021-ci il tarixinədək uzadılıb.
Kreditorlar sıyahısına düşmək üçün bütün müştərilər 30.01.2021-ci il tarixinədək Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 21A ünvanında yerləşən baş ofisə müraciət edərək, müqavilələrinin ləğv olunması üçün qeydiyyata düşməlidir və ya 0125983119 nömrəli telefonla əlaqə saxlayıb bütün lazımi sənədləri elektron şəkildə təqdim etməlidir.