Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Azsığorta»ya sədr təyinatı olub.
FED.az xəbər verir ki, bu vəzifəyə Natiq Namazov təyin edilib.
Xatırladaq ki, «Azsığorta» ASC-nin idarə heyəti sədri vəzifəsi sentyabrın sonundan boşdur. O vaxtadək bu vəzifəni tutan Anar Talıbov işdən azad edilərək Direktorlar Şurasının üzvü təyin edilmiş, noyabr ayında isə şirkəti tərk etmişdi İndiyədək «Azsığorta»da idarə heyəti sədri vəzifəsini müxtəlif müavinlər – əvvəl Yusif Soltanov, sonra isə Zöhrab Şirinov icra edirdi.
Bu vəzifəyə təyin edilən Natiq Namazov isə indiyədək «Azsığorta»nın «qohum» bankı olan «AFB Bank»ın idarə heyəti sədrinin müavini vəzifəsində çalışıb.