Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin satışı, o cümlədən yığımları azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-may ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, qeyd olunan dövr ərzində şirkətin yığımları azalıb. Belə ki, son bir illə (2020 yanvar-may) müqayisədə şirkətin yığımlarının həcmi 313 min manat və ya 6,02% azalaraq 4,883 min manata düşüb.
Yığımlardakı azalmadan fərqli olaraq, hesabat dövründə şirkətin müxtəlif sığorta hadisələləri üzrə ödədiyi vəsaitlərin həcmində kəskin artım müşahidə olunub. Bu dövrdə “AzSığorta”nın ödənişləri 1,384 mln. manat və ya 59,5% artaraq 3,710 mln. manata çatıb.