2025-ci ilin yanvar-mart aylarında “AzSığorta” ASC 1 milyon 910 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabatlara istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 90 min və ya 36,3% azalma deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövründə şirkətin topladığı sığorta haqqı 3 milyon manat olub.
Bunun əksinə “AzSığorta” ASC-nin ödənişlərində artım müşahidə olunub. Belə ki, bu ilin ilk 3 ayının nəticələrinə görə şirkətin sığorta ödənişləri 419 min manat olub. Sığorta ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 min manat və ya 33,8% artıb.
Ötən ilin yanvar-mart aylarında isə bu göstərici 313 min manat təşkil edib.
2025-ci ilin ilk 3 ayının nəticələrinə görə “AzSığorta” ASC topladığı hər 100 manatdan 22 manatı ödənişlərə yönəldib. . Bu da illik müqayisədə 12 manat əlavə ödəniş deməkdir. Ötən ilin yanvar-mart aylarında sığorta şirkətinin ödəniş-yığım nisbəti 10% olub.