Azərbaycanın sığorta şirkəti olan «AZSIĞORTA» 2019-cu ildə mənfəətlə başa vurub.
Eləcə də bax: "Atasığorta" ötən ili - MƏNFƏƏTLƏ BAŞA VURUB
FED.az şirkətin 2019-cu il üzrə hesabatına istinadən bildirir ki, 2019-cu ildə şirkətin cəmi gəlirləri 19 milyon 173,5 min manat, cəmi xərcləri 18 milyon 212,5 min manat təşkil edir.
Ötən il «AZSIĞORTA» sığorta haqqı kimi 15 milyon 320,7 min manat toplayıb. Sığorta şirkətinin gəlirlərinə 3 milyon 985,6 min manat isə investisiya fəaliyyətindən, 94,3 min manat subroqasiya gəlirlərindən, 81,6 min manat sair gəlirlərdən daxil olub. Həmçinin şirkət 308,7 min manat xalis sığorta ehtiyatlarının dəyişməsindən itirib.
Ötən il şirkət 6 milyon 578,4 min manat sığorta ödənişi edib. 2019-cu ildə «AZSIĞORTA» işlərin aparılması xərcləri 9 milyon 427,8 min manat, sair xərclər 2 milyon 206,3 min manat olub.
Nəticədə ilin yekununda şirkətin əməliyyat mənfəəti 961 min manat olub. Şirkət 192,2 min manat mənfəət vergisi ödəyib və xalis mənfəəti 768,8 min manat olub.
«AZSIĞORTA»nın cəmi aktivləri 58 milyon 245,5 min manat, cəmi öhdəlikləri 23 milyon 187 min manat, cəmi kapitalı 35 milyon 58,5 min manatdır.
Qeyd edək ki, 2018-ci ildə “AZSIĞORTA” 5 milyon 417,9 min manat maliyyə mənfəətindən 1 milyon 11,5 min manat mənfəət vergisi ödəmişdi. Şirkətin 2018-ci il üzə xalis mənfəəti 4 milyon 406,3 min manat olub.
Şirkətin 2019-cu ildə xalis mənfəəti 2018-cu ilə görə, 3 milyon 637,5 min manat və ya 5,7 dəfə azalıb.