Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin ödənişləri kəskin azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar ayı ərzində baş vermiş sığorta hadisələri üzrə müştərilərinə 326 min manat həcmində sığorta ödənişi edib.
Ötən ilin analoji dövründə isə bu rəqəm 732 min manat təşkil edib. Nəticədə, son bir illə müqayisədə “AzSığorta”nın ödənişləri təxminən 2,3 dəfə və ya 406 min manat azalaraq 326 manata enib.